AZ

Hindistan HDQ növbəti freqatı xidmətə qəbul edib

İyulun 1-də Kalininqraddakı “Yantar” Baltik Gəmiqayırma Zavodunda 11356 saylı layihənin “Tamal” freqatı Hindistan Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

Herbiand.az bildirir ki, bu barədə Birləşmiş Gəmiqayırma Korporasiyasının mətbuat xidməti xəbər verib.

Qeyd edilib ki, bu, Hindistan Hərbi Dəniz Qüvvələri üçün Kalininqrad tərsanəsində inşa edilən beşinci belə gəmidir.

Layihə 11356 freqatlarının silahlanmasına 100 mm çaplı A-190 artilleriya qurğusu, zenit-raket və artilleriya sistemləri, torpedo və sualtı qayıqlara qarşı silahlar, həmçinin uzun mənzilli “Kalibr-NK” qanadlı raketləri (Hindistan Hərbi Dəniz Qüvvələri üçün - “BrahMos”) daxildir. Göyərtəyə Ka-27 və ya Ka-31 helikopterinin enməsi mümkündür.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
8
2
herbiand.az

3Mənbələr