AZ

Rusiyaya giriş çətinləşir – Yeni mürəkkəb prosedur qüvvəyə mindi

Artıq Rusiyaya səfər etmək elə də asan məsələ deyil.

Milli.Az xəbər verir ki, iyunun 30-dan bu ölkəyə vizasız gedən əcnəbilər səfərə ən geci 3 gün qalmış, təcili müalicə ehtiyacı və ya yaxın qohumun ölümü kimi hallarda 4 saat əvvəl Dövlət Xidmətləri portalı vasitəsi ilə əvvəlcədən xüsusi QR kodu əldə etməlidir. Ərizə 90 gün ərzində etibarlıdır. Alınan QR kodu sərhəd nəzarətindən keçərkən təqdim olunur.

Bunun üçün tətbiqdə qeydiyyatdan keçməli, daha sonra şəxsi məlumatları, səyahət məqsədini Rusiyada qalma ünvanı qeyd edilməli həmçinin foto və sənədlərin skanı yüklənməlidir. Həmin şəxsin ölkəyə gəlişinə icazə verilərsə, xüsusi QR kod təqdim ediləcək. Kod olmadan həmin şəxsin Rusiyaya girişinə icazə verilmir. Xarici vətəndaş Rusiya sərhəddini keçərkən həmin kodu təqdim etməlidir. Burdan ondan biometrik məlumatlar tələb olunur.

Yeniliyin məqsədi miqrasiyaya, daha çox da əmək sferasına nəzarəti gücləndirmək olduğu bildirilir. Miqrantın məlumatları Rusiya Daxili İşlər Nazirliyi və Vergi Xidmətində istifadə olunacaq.

Seçilən
14
10
editor.az

10Mənbələr