AZ

Azərbaycanın çimərlik voleybolu üzrə komandası beynəlxalq turnirdə pley offa yüksəlib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 1 iyul, AZƏRTAC

Latviyanın Cesis şəhərində çimərlik voleybolu üzrə 18 yaşadək qız və oğlanlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna yığmalarının mübarizə apardığı turnirdə Azərbaycan iki qız və bir oğlan komandası ilə təmsil olunur.

Oğlanların yarışında komandamız (İbrahim Məmmədov / Muhəmməd Aslanlı) qrup mərhələsində Latviya və Estoniya yığmalarını 2:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlib. Bu mərhələdə təmsilçilərimiz Litva komandası ilə qarşılaşacaq.

Qızlardan ibarət kollektiv isə qrup mərhələsində mübarizəni dayandırıblar.

Qeyd edək ki, yarışa iyulun 3-də yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
10
azertag.az

10Mənbələr