2025–2026-cı tədris ili üçün Tacikistan dövləti Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura pillələri üzrə təqaüd proqramı elan edib.
Bu barədə Teleqraf-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, proqram “Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında imzalanmış protokol”a əsasən həyata keçirilir. Tədris tacik, rus və ingilis dillərində aparılır.
Müraciət üçün son tarix: 18 iyul 2025-ci il
Ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.