Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq Cüdo Federasiyası (IJF) ilin ikinci yarısı üçün təqvimində bəzi dəyişikliklər edib.
Hafta.Az xəbər verir ki, Əbu-Dabidə oktyabrda keçirilməsi planlaşdırılan "Böyük Dəbilqə" turniri noyabr ayına təxirə salınıb.
Bu, oktyabrda Lima (10-12-də) və Qvadalaxarada (17-19-da) iki yeni Qran-prinin keçirilməsi ilə əlaqədardır.
Beləliklə, BƏƏ-də "Böyük Dəbilqə" yarışı noyabrın 27-29-da baş tutacaq.
Qeyd edək ki, ötən il Əbu-Dabidə keçirilən turnirdə Azərbaycan komandası bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.