Bakı Ağ Şəhər bulvarı ərazisində dənizdən meyiti tapılan şəxs Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi imiş.
News24.az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə Akademiyanın sosial şəbəkə hesabında paylaşım olunub.
“Akademiyanın “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının II kurs tələbəsi Abbas İsmayılov faciəvi şəkildə həyatını itirib”, - deyə paylaşımda qeyd edilib.