BAKI, 1 iyul. TELEQRAF
“Serj Sərkisyan və Robert Köçəryanın 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilmiş terror aktından əvvəlcədən xəbərdar olub”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“27 oktyabr hadisələri ilə bağlı öz şəxsi fikrim var. Çox güman ki, Robert Köçəryan da, Serj Sarkisyan da nəyin hazırlandığını (əvvəlcədən) biliblər. Necə oldu ki, “supernazir” Serj Sərkisyan həmin gün burada olmayıb? Mən bunu istisna edirəm”, - Simonyan bildirib.