AZ

Kadırovun 17 yaşlı oğlu toyuna nadir “Mercedes”lə gəldi: "Steçkin"dən atəş açdı - VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov iyunun 28-də keçirilən toyunda həm bahalı avtomobil, həm də silah nümayişi ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, yayılan videolarda onun nadir, qadağan olunmuş "Mercedes-Benz G-Class" modeli ilə gəldiyi və pəncərədən "Steçkin" tapançası atdığı əks olunub.

Yalnız 460 ədəd istehsal edilən bu avtomobilin Almaniyada min. qiyməti 190 min dollar olub. Avropa İttifaqının 2022-ci ildə tətbiq etdiyi sanksiyalara əsasən bu tip "Mercedes"lər Rusiyaya ixracı qadağan edilmiş modellər siyahısındadır.

Adam Kadırov toy zamanı əlində Jacob & Co. Ashoka brilyant saatı daşıyıb. Bu modelin qiyməti 2-20 milyon dollar aralığında dəyişir.

Ramzan Kadırov bildirib ki, Vladimir Putin şəxsən oğlunu təbrik edib. O həmçinin toyda çox sayda yüksək vəzifəli şəxs və diplomatın iştirak etdiyini iddia edib.

Milli.Az

Seçilən
6
4
milli.az

7Mənbələr