AZ

İzmirin keçmiş bələdiyyə sədri saxlanıldı


İzmir Respublika Prokurorluğu İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı korrupsiya istintaqı çərçivəsində səhər saatlarında əməliyyat keçirib.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, istintaq çərçivəsində keçmiş İzmir Böyükşəhər Bələdiyyə Başçısı Tunç Soyer və CHP İzmir təşkilatının sədri Şenol Aslanoğlu da daxil olmaqla 120 şübhəli “tenderləri saxtalaşdırmaq” və “dələduzluq” ittihamları ilə saxlanılıb.
Ümumilikdə, istintaq çərçivəsində Hesablama Məhkəməsi, əmlak müfəttişi və ekspert rəyləri əsasında 157 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
Aşkar edilmiş cinayət elementləri istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Seçilən
0
29
yeniavaz.com

10Mənbələr