AZ

Paşinyan Qareginlə bağlı keşişlərə çağırış etdi - Niyə pozğun "rahib" sizə rəhbərlik etməlidir...


Ermənistanda dövlət çevrilişinə cəhdlə bağlı siyasi qalmaqal fonunda açıqlama verən baş nazir Paşinyan katalikos II Qaregini tutduğu vəzifədən getməyə çağırıb.

“Hörmətli keşişlər, əgər sizin də övladınız varsa, Ktiriç Nersisyanın (II Qaregin) da var. Bəs niyə o, Kilsədə sizdən daha yüksək mövqe tutur? Halbuki o, xalqı və Allahı aldadır, siz isə yox. O, Kilsə ilə evlənəcəyinə and içib, amma Kilsəyə xəyanət edib. Onun yüksək mövqeyi də həmin pozduğu anda əsaslanır" - deyə Paşinyan bildirib.

Keşişlərə müraciət edən baş nazir onları Qaregini patriarxlıqdan uzaqlaşdırmağa çağırıb: Əgər Nersisyan patriarxlığı tərk etməsə, hamılıqla onu uzaqlaşdırmalıyıq. Niyə pozğun "rahib" sizin üzərinizdə dominantlıq və rəhbərlik etməlidir, bir halda ki bu hüququ yalnız təhqir etdiyi subaylıq andı vasitəsilə əldə edibsə?".

ZÜMRÜD

Seçilən
16
33
baki-xeber.com

10Mənbələr