İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-a səfər etməyi planlaşdırır.
News24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
O, səfər çərçivəsində Prezident Donald Tramp və digər yüksək səviyyəli rəsmilərlə görüşəcəyini bildirib.
Netanyahu ABŞ səfərinin İranla ötən ay baş vermiş 12 günlük müharibədə İsrailin “böyük qələbəsi” fonunda həyata keçiriləcəyini vurğulayıb.
Baş nazirin sözlərinə görə, Vaşinqtonda keçiriləcək görüşlərdə dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Hegset, Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff və ticarət naziri Hovard Lutnik də iştirak edəcək.
Aqil