AZ

“Barselona”nın futbolçusu Almaniya klubuna keçib

Bakı, 1 iyul, AZƏRTAC

Almaniyanın “Ştuttqart” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi İspaniyanın “Barselona” klubundan 18 yaşlı yarımmüdafiəçi Noah Darviçi transfer edib.

Onunla 2029-cu ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, gənc oyunçu 2023-cü ildən Kataloniya klubunun akademiyasında çıxış edib.

Seçilən
15
15
azertag.az

6Mənbələr