ain.az bildirir, Missiya.az portalına istinadən.
Bu gün Moskva ilə Bakının münasibətlərində baş verənlər cəmi bir neçə il əvvəl ağlasığmaz görünə bilərdi.
Missiya.Az xəbər verir ki, Rusiyanın “Kommersant” qəzetinin siyasi şərhçisi Maksim Yusin öz məqaləsində belə yazır. Daha çox Bakının Moskva ilə diplomatik konfrantasiyaya getməkdə yanlış addım atdığını göstərməyə çalışan müəllif münasibətləri bu səviyyəyə gətirən səbəbləri də xatırladıb.
Qeyd olunur ki, münasibətlərdə əsl çat ötən ilin dekabrında Ukrayna pilotsuz təyyarələrinin Qroznı hava limanına hücumu zamanı Rusiya səmasında Azərbaycanın sərnişin təyyarəsinin vurulması ilə yaranıb:
"Bakı Moskvanı hava hücumundan müdafiə sistemlərinin işi nəticəsində baş vermiş təyyarə qəzasına görə məsuliyyətini etiraf etməməkdə ittiham etdi. Və bu gün, altı aydan sonra, bu mövzu ikitərəfli münasibətlərdə ən böyük qıcıqlandırıcı amil olaraq qalır.
Sonra bir yenisi əlavə edildi - Rusiya təhlükəsizlik qüvvələrinin Yekaterinburqdakı Azərbaycan diasporunun nümayəndələrinə qarşı sərt hərəkətləri… Bütün duyğular, yığılmış bütün narazılıqlar məhz buradan töküldü…”, deyə məqalədə qeyd olunur.
Daha sonra müəllif Azərbaycan Dövlət Televiziyasının efirindəki məlum şərhə diqqət yetirərək orada Rusiya Prezidentinin ünvanına səsləndirilmiş sərt sözlərə diqqət yönəldib:
“Onu dinləyəndə düşünmək olardı ki, bu, Bakıdan yox, Kiyevdən verilişdir. Görünən o idi ki, lap yuxarıdan icazə verilib: Əvvəllər qadağan edilənə indi icazə verilir. İndi isə Rusiya ilə bağlı bütün mədəni tədbirlər ləğv edilir, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun səfəri ləğv edilir, Rusiyanın Sputnik agentliyinin Bakı ofisində “xüsusi əməliyyat” keçirilir. Ümumiyyətlə, son vaxtlara qədər nümunəvi görünən münasibətlər tənəzzülə doğru gedir. Yekaterinburqdakı hadisələrin sadəcə həvəslə ələ keçirilən bir bəhanəyə çevrildiyi düşüncəsini sarsıtmaq çətindir”,- deyə məqalədə vurğulanır..
Müəllif hesab edir ki, “Qarabağ uğrunda müharibənin qalibiyyətlə başa çatdıran Bakı Moskva ilə münasibətləri eyni tonda qurmağa ehtiyacı görmür”. Azərbaycan özünü regional güc kimi aparmağa başlayıb və bu, Bakı telekanalında qeyd etdiyimiz şərhdə də qeyd olunur. Rusiya isə artıq keçmiş hegemon kimi qəbul edilir, ona göz yummaq olar, onu tədricən regiondan sıxışdırıb çıxarmaq lazımdır, İlham Əliyev və onun komandasının hesablamalarının doğru olub-olmadığını zaman göstərəcək”.
Sonda isə müəllif daha çox Kremldən gələn tezislərə bənzər fikirlər qələmə alıb: “Böyük siyasətdə anlıq emosiyalara təslim olmamaq, giley-güzar və komplekslərin ardınca getməmək, öz xalqının uzunmüddətli maraqlarını düşünmək daha yaxşıdır. Rusiya ilə qarşıdurmanın Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğuna əminlik yoxdur. Xüsusən də Cənubi Qafqazdakı vəziyyət kontekstində, orada Bakının qarşısında duran bütün problemləri hələ də həll etməyib., - məqalədə deyilir.
Yaxşı olardı ki, Maksim Yusin bütün dünyanı özlərinə düşmən etmiş Kremldə oturanları Azərbaycan kimi etibarlı tərəfdaşla da münasibətləri pozacaq davranışlara yol verdiklərinə görə qınayardı. Hər halda münasibətlərin bu səviyyədə gərginləşməsinin günahkarı biz deyilik. Moskvadır ki, var!
ElcanMissiya.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.