AZ

Rusiya: “Sputnik Azərbaycan” rəhbərlərinin saxlanılması bizi dərin narahat edir”

Rusiya tərəfi müxtəlif təşkilatlar vasitəsilə Bakıda saxlanılan Sputnik Azərbaycan rəhbərlərinin azad edilməsi üçün iş aparır.

Musavat.com xəbər verir ki, “Russia Today” media qrupunun mətbuat xidməti Sputnik Azərbaycan rəhbərlərinin Bakıda saxlanması ilə bağlı açıqlama yayıb. Bildirilir ki, iki Rusiya vətəndaşı – Sputnik Azərbaycan rəhbərləri Bakıda saxlanılıb və bu, ciddi narahatlıq doğurur. Onlarla birlikdə bir neçə Azərbaycan vətəndaşı olan redaksiya əməkdaşı da hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Açıqlamada vurğulanır ki, saxlanılan şəxslərə qarşı indiyədək heç bir rəsmi ittiham irəli sürülməyib, Rusiya konsulluğunun əməkdaşlarının onlarla görüşünə icazə verilməyib. Məlumata görə, Sputnik Azərbaycan-ın rəhbəri İqor Kartavıxın yaşadığı mənzildə axtarış aparılıb və kompüter avadanlığı götürülüb.

“Russia Today” hesab edir ki, bütün bu addımlar əsassızdır və Sputnik Azərbaycan-ın jurnalist fəaliyyətinə maneə yaradıb. Qurum eyni zamanda, saxlanılan İqor Kartavıxın səhhətindən narahat olduğunu qeyd edib. Bildirilib ki, o, insulin də daxil olmaqla vacib dərman vasitələrinə ehtiyac duyur.

Media qrupunun bəyanatında Azərbaycan hakimiyyətinə müraciət olunaraq bu vəziyyətin dərhal aradan qaldırılması və saxlanılan əməkdaşların azad olunması tələb edilir.

Musavat.com

Seçilən
3
50
musavat.com

10Mənbələr