Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri – Bakir Səfərovun məhkəməsi keçirilib.
Məhkəmənin qərarı ilə Bakir Səfərov barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Belə ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.
Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb./qafqazinfo