“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan "Unikal"a verilən məlumata görə, “qartallar” Rövlan Muradovu transfer edib. Onunla 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı oyunçu karyerası ərzində “Qəbələ”, “Slaviya B” və “Sumqayıt”da çıxış edib.