Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri, bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter alması nəzərə alınaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər ləğv edilib".Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Vüqar Rəhimzadə deyib. Deputat bildirib ki, qəbul edilmiş doğru qərardır:"Rusiyada azərbaycanlıların qətlə yetirilməsi, soydaşlarımızın həbs edilməsi və amansız işgəncələrə məruz qalması Kremlin digər millətlərə, eləcə də miqrantlara qarşı xoş olmayan niyyətindən xəbər verir. Belə bir niyyətdə olan dövlətin mədəniyyət tədbirlərinin ölkəmizdə keçirilməsi mümkün deyil. Bu, Azərbaycan tərəfinin ortaya qoyduğu haqlı və ədalətli mövqedir.Rusiya hakimiyyəti, bu dövlətin əlaqədar instansiyaları Yekaterinburqda baş verən zorakılıq faktı ilə bağlı obyektiv araşdırma aparılmalı, azərbaycanlılara qarşı zorakılıq və şiddət sərgiləyən, onları qətlə yetirən şəxslərin cəzalandırılması təmin edilməlidir".Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.