AZ

Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimi keçirilib (FOTO)

Bakı.Trend:

İyulun 1-də Özbəkistanın Xivə şəhərində BirinciÖzbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimikeçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə iki ölkənin qanunverici orqanları rəhbərlərinin vədeputatlarının iştirak etdikləri tədbirdə çıxış edən Milli Məclisinsədri Sahibə Qafarova, forumun iki ölkənin parlamentləri üçün çoxəlamətdar bir hadisə olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu tədbir Azərbaycan Milli Məclisinin hərhansı digər ölkənin qanunverici orqanı ilə keçirdiyi ilk forumdur.Bu fakt parlamentlərimiz arasında əməkdaşlığın yüksək səviyyədəolduğunu göstərməklə yanaşı, ilk növbədə ölkələrimiz və xalqlarımızarasındakı qardaşlıq münasibətlərini əyani şəkildə nümayişetdirir.

Çıxışında özünün Özbəkistana həm ikitərəfli əsasda, həm dəmüxtəlif beynəlxalq tədbirlər çərçivəsində etdiyi səfərləriməmnunluqla xatırladan spiker Sahibə Qafarova, bu ölkənin PrezidentŞavkat Mirziyoyevin rəhbərliyi ilə iqtisadi, sosial və digərsahələrdə əldə etdiyi uğurları qeyd edib.

Azərbaycan və özbək xalqlarının bir-birinə ümumi tarixi köklər,milli, mənəvi və mədəni dəyərlərlə sıx bağlı olduğunu söyləyənMilli Məclisin sədri deyib ki, xalqlarımız əsrlər boyu bir-birinəqardaş kimi yanaşaraq, sülh şəraitində yaşayıblar. Ölkələrimizmüstəqillik əldə etdikdən sonra münasibətlərimiz məhz bu möhkəmtəməl üzərində qurulub və sürətlə inkişaf edib.

Xalqlarımız və ölkələrimiz arasında münasibətlərindərinləşməsində Ümummilli Lider Heydər Əliyevin böyük xidmətlərinivurğulayan Sahibə Qafarova deyib ki, Azərbaycan Prezidenti İlhamƏliyevin 2022-ci ildə Özbəkistana dövlət səfəri zamanı açılışı olanDaşkənddəki Heydər Əliyev meydanı Ümummilli Liderimizinxidmətlərinin etirafı olmaqla yanaşı, həm də özbək xalqının onunşəxsiyyətinə olan ehtiramının sübutudur. O, Azərbaycan xalqınınbunu yüksək qiymətləndirdiyini vurğulayıb.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının30-cu ildönümünün tamam olduğunu bildirən spiker Sahibə Qafarovadeyib ki, bu gün iki ölkənin liderləri - Prezidentlər İlhamƏliyevin və Şavkat Mirziyoyevin müdrik rəhbərliyi ilə dövlətlərimizhər cəhətdən müstəqil və güclü dövlətlər kimi inkişaf etməkləyanaşı, ölkələrimiz arasında da əlaqələr daha da dərinləşib. Ölkəbaşçılarımız mövcud güclü siyasi və iqtisadi potensialı məqsədyönlüşəkildə xalqlarımızın, ölkələrimizin, hətta bütövlükdə bütünregionun ümumi inkişafına və gələcək firavanlığına yönəldirlər.Hazırda ölkələrimiz arasında ikitərəfli münasibətlərin keyfiyyətcəyeni səviyyəyə yüksəldiyini söyləyən spiker Sahibə Qafarovaxatırladıb ki, Prezident İlham Əliyevin 2024-cü ilin avqustundaÖzbəkistana dövlət səfəri zamanı imzalanan Müttəfiqlikmünasibətləri haqqında Müqavilə ilə Azərbaycan və Özbəkistan rəsmənmüttəfiq olublar. O, Prezident İlham Əliyevin bu gün Mərkəzi Asiyavə Cənubi Qafqaz regionunun, Xəzər dənizinin vahid geosiyasiregiona çevrilməsi və regionlarımızda gedən müsbət proseslərinÖzbəkistan və Azərbaycan arasında səmərəli əməkdaşlıqdan daha çoxasılı olması haqqında fikirlərini xatırladaraq, əlavə edib ki, ötənilin oktyabrında Azərbaycan parlamenti müttəfiqlik müqaviləsiniyekdilliklə ratifikasiya edib.

Çıxışına davam edən Milli Məclisin sədri deyib ki, bu gün ikiölkənin Prezidentləri arasında şəxsi etimad münasibətləri, onlarınmütəmadi təmasları, qarşılıqlı səfərləri ölkələrimiz arasındaəlaqələri genişləndirən əsas amillərdəndir. Onun sözlərinə görə,regional və beynəlxalq məsələlərdə ölkələrimizin mövqeləri üst-üstədüşür və bu, beynəlxalq strukturlarda daim qarşılıqlı dəstəkdə özəksini tapır.

Azərbaycan-Özbəkistan münasibətlərində digər mühüm məqam kimiÖzbəkistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəti vədəyişməz mövqeyini vurğulayan Sahibə Qafarova deyib ki, Azərbaycanxalqı həm ərazilərimizin Ermənistan tərəfindən işğalı illərində,həm İkinci Qarabağ müharibəsi zamanı, həm də müharibədən sonrakıdövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Onun sözlərinəgörə, Özbəkistan Prezident Mirziyoyevin təşəbbüsü ilə işğaldan azadedilmiş Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbekinadını daşıyan məktəb tikərək, işğaldan azad edilmiş ərazilərinbərpasına töhfə verən ilk ölkə oldu. Spiker istər bu məktəbi,istərsə də işğaldan azad edilmiş Xankəndi şəhərində yaradılmışyüngül sənaye müəssisəsini xalqlarımız arasında qardaşlıq vədostluq rəmzləri kimi xarakterizə edib.

Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli və çoxtərəflimünasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən birininparlamentlərimizin qarşılıqlı fəaliyyəti olduğunu deyən parlamentinspikeri, bildirib ki, yuxarıda qeyd olunanları nəzərə alaraq,parlamentlərarası əməkdaşlığımız xüsusi məna və xarakter alır. Buəməkdaşlıq parlamentlərimizin dövlətlərarası münasibətlərininkişafına öz töhfəsini verməyə hazır olduğunu göstərir.

Son illərdə qanunvericilik orqanlarımız arasında səmərəliəməkdaşlığın nümunəsi kimi, parlament sədrlərinin çoxsaylıqarşılıqlı səfərlərini, deputatların, dostluq qruplarının vəmüxtəlif nümayəndə heyətlərinin görüşlərini sadalayan SahibəQafarovanın sözlərinə görə, “Azərbaycan Respublikasının MilliMəclisi ilə Özbəkistan Respublikasının Ali Məclisinin Senatıarasında əməkdaşlıq haqqında Saziş”in imzalanması, “Yolxəritələri”nin həyata keçirilməsi, habelə beynəlxalq parlamentstrukturlarında davamlı qarşılıqlı dəstək, əlaqələrimizin yüksəksəviyyəsindən xəbər verir. O, bu kontekstdə bugünkü forumunəməkdaşlığımızı daha da dərinləşdirmək, birgə səylərimizixalqlarımızın və ölkələrimizin rifahına yönəltmək üçün qarşılıqlıistəyi təcəssüm etdirdiyini vurğulayıb.

Milli Məclisin sədri bu forumun səmərəli əməkdaşlıq mexanizminəçevriləcəyinə, aparılan müzakirələrin parlamentlərarasıəlaqələrimizin möhkəmlənməsinə böyük töhfə verəcəyinə inamını ifadəedib.

Forumda çıxış edən Özbəkistan Respublikası Ali Məclisi Senatınınsədri Tənzilə Narbayeva Azərbaycan parlament nümayəndə heyətinisalamlayaraq, bu forumun sadəcə parlamentlərarası görüş olmadığını,əlaqələrimizin inkişafı tarixində mühüm mərhələ olduğunu bildirib.O, tədbirin Özbəkistan və Azərbaycan arasında diplomatik əlaqələrinqurulmasının 30 illiyi ərəfəsində keçirildiyini və bu məqamın daforumun əhəmiyyətini bir daha göstərdiiyini söyləyib. TənziləNarbayeva deyib ki, forumun bu günlərdə keçirilməsi bizim parlamentdəyərlərinə ümumi sadiqliyimizi və ölkələr arasında dostluğun əsasamillərindən biri kimi parlamentlərarası əməkdaşlığı gücləndirməkistəyimizi ifadə edir. O, parlamentlərarası forumun səmimi vəkonstruktiv fikir mübadiləsi, ümumi təşəbbüslərin inkişafı, birgəproqramların həyata keçirilməsi üçün əsas platformaya çevriləcəyinəinamını ifadə edib.

Ölkələrimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsihaqqında da fikirlərini bölüşən Tənzilə Narbayeva vurğulayıb ki,Özbəkistanla Azərbaycan arasında münasibətlər həmişə ortaq tarixi,mədəni və mənəvi dəyərlər üzərində qurulub. Bu əlaqələrxalqlarımızın dostluğu, qarşılıqlı hörməti və qardaşlıq hissləriilə daha da möhkəmlənir. O, əlaqələrimiizin yüksək səviyyədəolmasında iki ölkənin liderlərinin səylərinin və şəxsi töhfələrininhəlledici əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, məhz dövlətbaşçılarımızın uzaqgörənliyi, prinsipial mövqeyi ölkələrimizarasında münasibətlərin müttəfiqlik, strateji tərəfdaşlıqsəviyyəsinə yüksəlməsini, bütün sahələrdə uğurla inkişafını təminedib.

Senatın sədri çıxışında, həmçinin parlamentlərimiz arasındamövcud olan əlaqələr haqqında da danışaraq qeyd edib ki,parlamentlərimizin qarşılıqlı fəaliyyəti həm ölkələrimiz vəxalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə xidmətedir, eyni zamanda, bu əlaqələr böyük beynəlxalq təşkilatlardaölkələrimizin mövqelərinin möhkəmlənməsində də mühüm roloynayır.

Parlament sədrlərinin çıxışlarından sonra BirinciÖzbəkistan-Azərbaycan parlamentlərarası forumu işini sessiyalarüzrə müzakirələrlə davam etdirib.

Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Birinci
Məqalədə:
Seçilən
8
50
az.trend.az

10Mənbələr