AZ

Beş min nəfər qatıldı, pulları 14 nəfər saydı: Gəlin və bəyə milyonlar bağışlandı

Van şəhərində keçirilən aşirət toyunda gəlinə 2 kiloqram qızıl, bəyə isə 6,5 milyon lirə pul bağışlanıb. Pullar 14 nəfər tərəfindən sayılıb.

Sherg.az xəbər verir ki, Van şəhərində təşkil olunan aşirət toyunda gəlin və bəyə milyonlarla lirə dəyərində hədiyyələr təqdim olunub.

Bostaniçi Bələdiyyə başçısı Halil Cintanın qardaşı oğlu Orxan Cintan, iş adamı İdris Parlağın qızı Bahar Parlaqla ailə həyatı qurub. 


Həm ölkə daxilindən, həm də xaricdən təxminən 5 min nəfərin qatıldığı toy son dövrlərin ən genişmiqyaslı mərasimlərindən biri olub. Gəlin və bəyə edilən hədiyyələr isə hər kəsi təəccübləndirib.

Toy mərasimində bir ton ət istifadə olunub. Aşirət rəhbərləri, nüfuzlu şəxslər, bələdiyyə başçıları, siyasi partiya nümayəndələri, qeyri-hökumət təşkilatlarının üzvləri, iş adamları və çox sayda dəvətli toya qatılıb.

Təxminən beş saat davam edən takı mərasimi sonunda bəyə 6,5 milyon lirə pul, gəlinə isə 2 kiloqram qızıl bağışlanıb. Masanın üstünə yığılmış pulları isə 14 nəfər birlikdə sayıb.
Seçilən
50
50
sherg.az

10Mənbələr