AZ

Kreml müharibədən danışdı: “Ukraynada məqsədimiz danışıqlarla qalib gəlməkdir”

ain.az bildirir, News24 portalına istinadən.

Rusiya Ukrayna münaqişəsində ilk növbədə siyasi və diplomatik yollarla məqsədlərinə nail olmaqda maraqlıdır. 

News24.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

O, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun Moskvanı münaqişənin həllini gecikdirməkdə ittiham etməsinə cavab olaraq deyib ki, Rusiya danışıqlar prosesində fəallıq nümayiş etdirir və ABŞ, o cümlədən Donald Trampın komandası tərəfindən göstərilən təşəbbüsləri yüksək qiymətləndirir.

Peskov qeyd edib ki, İstanbulda keçirilmiş ikinci raund zamanı əldə edilən razılaşmaların böyük hissəsi yerinə yetirilib və artıq üçüncü raundun tarixini razılaşdırmaq vaxtıdır. “Əvvəlki humanitar sazişlər icra olunduqdan sonra tərəflər müzakirəni davam etdirə bilər,” – deyə o əlavə edib.

Kreml rəsmisi bildirib ki, heç kim prosesi qəsdən uzatmır və Rusiya qarşıya qoyulan məqsədlərə siyasi və diplomatik vasitələrlə çatmaqda maraqlıdır. Onun sözlərinə görə, bu, xüsusi hərbi əməliyyat çərçivəsində də aparılır.

Qeyd edək ki, iyunun 30-da ABŞ rəsmisi Kelloq Rusiyanı münaqişəni qəsdən uzatmaqda ittiham etmiş və atəşin dərhal dayandırılması üçün üçtərəfli danışıqlara başlamağa çağırmışdı.

Aqil

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
9
news24.az

10Mənbələr