AZ

Səfir: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur"

İsraillə müharibə zamanı Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması ilə bağlı hələki rəsmi məlumat yoxdur.

APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın İrəvandakı səfiri Mehdi Sübhani bu gün jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, bu məsələ ilə bağlı “yalnız KİV-in məlumatlarına əsaslanmaq mümkün deyil”.

Səfirin sözlərinə görə, rəsmi Tehran Bakıdan Azərbaycan ərazisindən İrana zərbələr endirilməsinə imkan verilməyəcəyinə dair zəmanət alıb.

"Cebheinfo.az"

Seçilən
3
50
cebheinfo.az

10Mənbələr