AZ

Ramiz Məmmədovun Mingəçevir in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? SON DURUM

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Mingəçevir"in yeni mövsümə yeni baş məşqçi ilə - Ramiz Məmmədovla başlayacağı dəqiqləşsə də, təyinatın rəsmiləşməsi yubanır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Ramiz bəyin yeni çalışdırıcı qismində ictimaiyyətə təqdim olunmasını gecikdirən səbəb klubun hələ Füzuli Məmmədovla yollarını ayırmamasıdır.

Müxtəlif mənbələrdə ötən ilin yanvarından "şəhərlilər"in "sükanı arxası"nda olan Füzuli bəyin vəzifəsindən getdiyi vurğulansa da, reallıq başqadır. Belə ki, rəhbərlik onunla vidalaşmaq üçün mütəxəssisə müəyyən məbləğdə təzminat ödəməlidir. Tərəflər təzminatla bağlı danışıq aparsalar da, hələ bu yöndə razılıq əldə edilməyib. Bu isə o deməkdir ki, mərkəzi aran təmsilçisi öncə komandanı liqada saxlamağı bacaran çalışdırıcının müqaviləsinin qalan hissəsinə (1+1 il) xitam verilməsinə nail olmalı, ardından yeni təyinat reallaşmalıdır.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
10
fanat.az

5Mənbələr