AZ

İrandan sensasion iddia: Müharibə bitməyib, İsrail yenə hücum edəcək

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Vahid Əhmədi bəzi Qərb ölkələrinin, xüsusilə ABŞ-ın İsrailə hərbi texnika göndərməsini artırdığına diqqət çəkib.

Publika.az xəbər verir ki, Əhmədi bəyan edib ki, İsrailin silahlanması İrana yeni hücuma hazırlıq ola bilər.

İsrailin gücünü yenidən toplamaq və hərbi imkanlarını artırmaq üçün hücumlarını dayandırdığını iddia edən Əhmədi, "Əldə etdiyimiz məlumatlara görə, ABŞ başda olmaqla bəzi Qərb ölkələrindən hərbi texnika yük təyyarələri ilə Təl-Əvivə göndərilir. Bu, İrana qarşı yeni bir hücuma hazırlıq anlamına gələ bilər" deyib.

Ölkəsinin bu mümkün hücuma hazır olduğunu bildirən Əhmədi, "İran bu dəfə yeni və qabaqcıl vasitələrlə cavab verəcək" deyib.

Seçilən
27
50
publika.az

10Mənbələr