AZ

Avropa çempionu olan cüdoçu: Bundan da gözəl nəticələr əldə edəcəyik - FOTOLAR

BAKI, 1 iyul. TELEQRAF

Cüdo üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandası Şimali Makedoniyanın paytaxtı Skopyedəki Avropa çempionatından qayıdıb.

Teleqraf xəbər verir ki, cüdoçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

Yığma komandanın baş məşqçisi Emin İsgəndərov nəticələrlə bağlı sevincini bölüşüb: “Təəssüratlarımız yüksəkdir. Çox sevincliyik, yeniyetmələrimiz yaxşı nəticə göstərdilər. Arzu edirik ki, bundan da gözəl nəticələrimiz olsun, idmançılarımız da qürurla Azərbaycana qayıtsınlar”.

55 kq şəki dərəcəsində Avropa çempionu olan Rəsul Əlizadə isə qarşıdakı yarışlarda daha böyük uğurları hədəflədiyini vurğulayıb: “Bütün rəqiblərimə qalib gələrək qızıl medal qazandım. Buradan yığmadakı və şəxsi məsqçimə təşəkkür edirəm. Qarşıda yarışlarımız çoxdur. İnanıram ki, bundan da gözəl nəticələr əldə edəcəyik”.

Qeyd edək ki, qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla 6 medal qazanan Azərbaycan millisi medalların əyarına görə ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci yeri tutub.

Seçilən
6
50
teleqraf.com

10Mənbələr