AZ

Maliyyə Nazirliyinin rəsmi veb-saytı yenidən dizayn ediləcək

BAKI, 1 iyul. TELEQRAF

Maliyyə Nazirliyi rəsmi veb-saytının dizaynını yeniləyəcək.

Teleqraf xəbər verir ki, nazirlik “www.maliyye.gov.az” informasiya portalının müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən dizayn edilməsi xidmətinin satın alınması üzrə açıq tender elan edib.

Nazirliyin yeni dizaynlı portalında müyəssərlik (accessibility) imkanlarının əlavə edilməsi, əlavə proqramlaşdırma və kodlaşdırma (JavaScript, HTML, CSS) və s. işlərin görülməsi nəzərdə tutulub.

Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 46 min 551 manatdır. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyulun 23-nə təyin olunub.

Seçilən
83
38
teleqraf.com

10Mənbələr