AZ

Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri ilə görüşüb

Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri ilə görüşüb

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşdə birgə layihələrin və qarşılıqlı investisiyaların təşviqi barədə müzakirələr aparılıb.

AFN.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla görüşündə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi vurğulanıb. Qeyd edilib ki, dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib.

Tərəflər gündəlikdə duran məsələlər, o cümlədən ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin və qarşılıqlı investisiyaların təşviqi barədə müzakirələr aparıblar.

Seçilən
3
7
afn.az

8Mənbələr