AZ

Dənizdən meyiti tapılan şəxs tələbə imiş...

İyunun 29-da Bakı Ağ Şəhər bulvarı ərazisində dənizdən meyiti tapılan şəxs Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi imiş.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Akademiyanın tələbəsi 18 yaşlı Abbas İsmayılov olduğu müəyyən edilib.

O, ADDA-da "gəmi energetik qurğularının istismarı mühəndisliyi" ixtisasının II kurs tələbəsi olub.

A.İsmayılovun hansı şəraitdə və nə vaxt dənizə düşərək öldüyü hələlik məlum deyil.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
3
4
far.az

10Mənbələr