İyunun 29-da Bakı Ağ Şəhər bulvarı ərazisində dənizdən meyiti tapılan şəxs Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi imiş.
Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, meyiti tapılan şəxsin Akademiyanın tələbəsi 18 yaşlı Abbas İsmayılov olduğu müəyyən edilib.
O, ADDA-da “gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisasının II kurs tələbəsi olub.
Son Yazılar:
- Dənizdən meyiti tapılan şəxs tələbə imiş
- Baş prokuror tərəfindən Yekaterinburq hadisələri ilə bağlı cinayət işi başlanıldı
- Goranboyda ekskavatorla avtomobil toqquşdu, xəsarət alanlar var
A.İsmayılovun hansı şəraitdə və nə vaxt dənizə düşərək öldüyü hələlik məlum deyil.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.