Avropa banklarının səhmləri son 18 ildə ən yaxşı göstəricilərini nümayiş etdirib.

İndex.az xəbər verir ki, “Stoxx 600 Bankinq” indeksi ilin ilk yarısında kəskin artıb.

Bununla da, “Stoxx 600 Banking” indeksi 30 iyun tarixinə qədər 29% artaraq Avropada ən yaxşı nəticə göstərən alt qrup halına gəlib.

İnvestorlar güclü gəlirlərini davamlı etmək üçün banklara müraciət ediblər.

Bu artıma, xüsusilə İtaliyada artan sövdələşmə fəaliyyəti təkan verib.

İlin birinci yarısında digər mühüm hadisə “Banco Santander SA”nın sürətlə yüksəlib “UBS Group AG”ni keçməsi oldu.

Beləliklə, “Banco Santander SA” ən dəyərli kredit təşkilatına çevrildi.