AZ

Mədəniyyət Nazirliyi incəsənət məktəblərində məzmun istalahatı keçirməyi planlaşdırır

Mədəniyyət Nazirliyi incəsənət məktəblərində məzmun istalahatı keçirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu Azərbaycan mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nazirlik attestasiya imtahanından uğurla keçən müəllimlərin imkanlarından istifadə edərək növbəti mərhələdə incəsənət məktəblərində məzmunla bağlı islahatlara başlamaq istəyir.

Cəsarət Valehov prosesdə Mədəniyyət Nazirliyinə dəstəl verən incəsənətyönümlü qurum və təhsil müəssisələrinə təşəkkürünü ifadə edib:

“Dünyanın çox az ölkəsində dövlət tərəfindən maliyyələşdirilən incəsənət məktəbləri var. Müəllimlər təhsilin əsasıdır. Buna görə də müəllimlərin attestasiyasından başladıq".

Seçilən
2
7
report.az

4Mənbələr