AZ

İmişli yə keçmək variantı var idi, lakin... 2 ci Liqanın bombardiri

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ötən mövsüm 31 qolla 2-ci Liqanın bombardiri olan Vidadi Cəfərov adından söz etdirdi. "Şəmkir"lə müqaviləsinin müddəti başa çatan ön xətt oyunçusunun qarşıdakı "futbol ili"nə harada başlayacağı isə hələ dəqiqləşməyib.

Bunu Fanat.Az-a açıqlamasında Vidadinin özü deyib:

"Şəmkir"dən ayrılmışam. Gələn mövsüm bu komandada olmayacağım dəqiqdir. Yəni ora qayıdacağım gözlənilmir. "İmişli"yə keçmək variantı var idi, lakin razılığa gələ bilmədik. Hazırda hər şey qeyri-müəyyəndir. Əlbəttə ki, futbol oynamağa, qollar vurmağa davam etmək istəyirəm. Yaxşı mövsüm keçirmək üçün klub tapmaq və hazırlığa mümkün qədər tez başlamaq da şərtdir. Özümə inanıram. Real təklifləri, nəzərdən keçirməyə hazıram".

Nihat  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
46
fanat.az

10Mənbələr