TASS-ın müxbiri xəbər verir ki, Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri – Bakir Səfərovun məhkəmə prosesi başlayıb.
Ekaterinburq məhkəməsi Bakir Səfərov barəsində yeni qərar çıxarıb.
Məhkəmənin qərarı ilə Bakir Səfərov barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Belə ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.
Bakir Səfərovu barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılır.
İstintaq Komitəsi bundan əvvəl Yekaterinburqda istintaqın məlumatına görə, 2001, 2010 və 2011-ci illərdə bir sıra qətllərdə əli olan etnik qrupun fəaliyyətinin dayandırıldığını bildirib.
İyunun 29-da məhkəmə Ayaz, Akif və Məzahir Səfərovların barəsində həbs-qətimkan tədbiri seçib.