AZ

Yekaterinburq məhkəməsi Bakir Səfərovu həbsdə saxladı - YENİLƏNİB

Yekaterinburq məhkəməsi Bakir Səfərov barəsində yeni qərar çıxarıb.

Bizim.Media xəbər verir ki, məhkəmənin qərarı ilə Bakir Səfərov barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Belə ki, məhkəmə Bakir Səfərov barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.

***11:56

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri, Bakir Səfərovun məhkəmə prosesi başlayıb.

Bizim.Media xəbər verir ki, B. Səfərov barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs-qətiimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsimə baxılır.

Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs-qətiimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.

Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.

Bizim.Media

Seçilən
1
33
bizim.media

10Mənbələr