AZ

Səfərov məhkəmədə ağrıkəsici istədi, hakim qərar verdi VİDEO (YENİLƏNİB)

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Yekaterinburqun Leninski Rayon Məhkəməsi Bəkir Səfərovun həbs müddəti uzadılıb.  

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV yazıb. 

Bəkir Səfərov məhkəmədə ağrıkəsici dərman istəyib.

O, hakimin qərarı ilə yenidən istintaq təcridxanasına göndərilib. 

Bundan əvvəl bu iş üzrə Məzahir, Akif və Ayaz Səfərovların həbs müddəti 22 gün uzadılmışdı. 

Müdafiə tərəfi daha yumşaq həbs-qətimkan tədbirinin seçilməsində israr edib. 

Şahin Lalayevin barəsində isə həbs-qətimkan tədbirinin seçilməsi gözlənilir. 

***12:07

Yekaterinburqda saxlanılan daha 3 azərbaycanlı - Bəkir Səfərov, Əhliman Gənciyev və Şahin Lalayev Leninski Rayon Məhkəməsində hakim qarşısına çıxarılıblar. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, onlar əvvəlki illərdə adam öldürmə cinayətləri üzrə təqsirləndirilirlər. 

"İlk olaraq Bəkir Səfərov barəsində həbs-qətimkan tədbiri seçiləcək. Təqsirləndirilən şəxs iki polis əməkdaşının müşayiəti ilə əli qandallı gətirilib. Media zala buraxılmayıb. O, gətirilməzdən əvvəl diplomatlar həmyerlisini izləmək və dəstəkləmək üçün məhkəmə zalına yaxınlaşıblar. Məhkəmədə ab-hava gərgindir: çoxlu jurnalist və məhbuslara dəstək verən böyük qrup dəhlizə toplaşıb", - deyə qeyd olunub. 

***11:27

Bu gün Yekaterinburq Leninski Rayon Məhkəməsi saxlanılan Bəkir Səfərov və Şahin Lalayevin barəsində həbs-qətimkan tədbirinin seçilməsinə baxacaq. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, onlara dəstək vermək üçün onlarla həmyerlimiz məhkəməyə gəlib. Onların arasında diaspor üzvləri və hüquqşünaslar da var. 

"Burada dəstək qrupu da var. Aralarında diplomatlar da daxil olmaqla 20-30 nəfər var. Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski də gəlib. Yəqin ki, daha çox vətəndaş gələcək", - məlumatda qeyd olunub. 

Bu səbəbdən təhlükəsizlik tədbirləri gücləndirilib. 

Qeyd edək ki, iyunun 27-də təhlükəsizlik qüvvələri azərbaycanlıları kütləvi şəkildə saxlayıb. Onlardan bəziləri öldürülüb, Ayaz, Akif və Məzahir Səfərovlar isə həbs edilib. 

Məlumata görə, məhkəmə prosesi qapalı şəkildə keçiriləcək. 

Ağarza Elçinoğlu

Yekaterinburq Leninski Rayon Məhkəməsində saxlanılan Bəkir Səfərov və Şahin Lalayevin barəsində həbs-qətimkan tədbirinin seçilməsinə baxılır pic.twitter.com/nlupn5PTWs

— Unikal.az (@UnikalOrgPortal) July 1, 2025

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
50
unikal.az

10Mənbələr