Dünya birjalarında dolların avro qarşısında ucuzlaşması Azərbaycanda da özünü göstərib.
Oxu.Az xəbər verir ki, Mərkəzi Bank avronun məzənnəsini bu gün üçün 2.0035 manat müəyyən edib.
Qeyd edək ki, sonuncu dəfə 4 il əvvəl bir avronun dəyəri 2 manatı keçmişdi.
Onu da əlavə edək ki, Azərbaycanda dolların məzənnəsi sabit saxlanılsa da, digər valyutaların dəyəri dünya birjalarına uyğun tənzimlənir.