AZ

Başı kəsilmiş insan meyitləri tapıldı

Meksikada avtomobil yolu körpüsündə bəzilərinin başı kəsilmiş 20 meyit aşkarlanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Sinaloa ştatının şimal-qərbində rəqib narkokartel qrupları arasında qarşıdurma baş verib.  Bundan sonra ştat polisləri çox sayda insan cəsədlərini ərazidən toplamağa başlayıblar.  

Belə ki, dörd başı kəsilmiş cəsəd yolun kənarında tapılıb, 16 cəsəd ştatın paytaxtı Culiacan yaxınlığında tərk edilmiş bir avtomobildə aşkarlanıb. 

Sinaloa əyalət hökumətinin sözçüsü Feliciano Castro qətlləri pisləyib və bildirib ki, görülən zorakılığın “miqyasına” görə səlahiyyətlilər mütəşəkkil cinayətkarlıqla mübarizə strategiyalarını yenidən nəzərdən keçirməlidirlər. 

Seçilən
16
15
unikal.az

10Mənbələr