AZ

“Komanda-qərargah akademik kursu”nun buraxılış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Milli Müdafiə Universitetində (MMU) Hərbi İdarəetmə İnstitutunun“Komanda-qərargah akademik kursu”nun 25-ci buraxılışına həsr olunanmərasim keçirilib.

Trendxəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumart yayıb.

Bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan xalqının ÜmummilliLideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazibütövlüyü, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının DövlətHimni səsləndirilib.

MMU-nun rektoru general-mayor Gündüz Əbdülov çıxış edərəkməzunlara müdafiə naziri general-polkovnik Zakir Həsənovun və digərrəhbər heyətin təbriklərini çatdırıb, onlara gələcəkfəaliyyətlərində uğurlar arzulayıb, həmçinin kursu tədris edənprofessor-müəllim heyətinə öz təşəkkürünü bildirib. O, peşəkar vəmüasir tələblərə uyğun zabit kadrlarının hazırlanmasının Ali BaşKomandan tərəfindən Azərbaycan Ordusunun rəhbərliyi qarşısındaqoyulmuş prioritet məsələlərdən biri olduğunu qeyd edib və buistiqamətdə görülən işlərin, o cümlədən hərbi təhsil sistemindəaparılan islahatların Ordumuzun döyüş qabiliyyətinin vəintellektual potensialının yüksəldilməsinə əhəmiyyətli töhfəverdiyini vurğulayıb.

Daha sonra “Komanda-qərargah akademik kursu”nu birincilikləbitirən polkovnik-leytenant Vüsal Abdurahmanova diplom, fəxrifərman və hədiyyə təqdim edilib.

Kurs birincisi polkovnik-leytenant V.Abdurrəhmanov çıxış edərəktədris dövründə əldə etdikləri bilik və bacarıqlara rahat şəkildəyiyələnmələri üçün yaradılmış şəraitə və verilən təhsilə görə kursyoldaşları adından Milli Müdafiə Universitetinin və Hərbi İdarəetməİnstitutunun rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkürünübildirib, məzunlar adından yaş kötüyünə rəmzi emblemi vurub.
Sonda digər məzunlara diplomlar təqdim olunub və xatirə fotolarıçəkilib.

“Komanda-qərargah
“Komanda-qərargah
“Komanda-qərargah
Məqalədə:
Seçilən
13
50
az.trend.az

10Mənbələr