AZ

Ziyəddin Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər olub - Ədalət Həsənov

Ziyəddin Səfərovun ölüm səbəbi Rusiyada edilən ekspertiza zamanı ürəktutması kimi qeyd olunub.

Day.Az xəbər verir ki, bunu Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı ekspertizanın nəticələrinə dair mətbuat konfransında Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, meyitdən hər iki gözdə qansızma, boyunun sol və sağ hissəsində qansızma, sol çiyin üstü nahiyədə qançır və sıyrıqlar, qarnın yan səthində qançırlı sıyrıqlar, döş qəfəsinin travması və sıxılması qeydə alınıb:

"Hətta qabırğalardan birini tapa bilmirdik. Onurğanın döş qəfəsində yumşaq toxumalarda qansızmalar qeydə alınıb. Ölümə səbəb qeyd edilən çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş ağır post travmatik şok olub".

Seçilən
3
11
day.az

10Mənbələr