AZ

"Rusiya bir vaxtlar İrəvanda ixtişaş törədə bilmədi, bizdə neynəyəcək?" - YUNUS OĞUZ

"Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən zorakılıq aktı əslində Rusiyanın dövlət siyasətinin təzahürüdür. Zaman-zaman Rusiyada yaşayan soydaşlarımıza qarşı irqçilik münasibətləri dəfələrlə müşahidə olunub. Təyyarə qəzasından başlanmış deputatımızın bu ölkəyə buraxılmaması, Yekaterinburq, Voronej, Saratov şəhərlərində soydaşlarımıza qarşı kütləvi hücumlara qədər baş verən bütün proseslər eyni siyasətin tərkib hissəsidir". SİA xəbər verir ki, bunu açıqlamasında yazıçı-publisist, politoloq Yunus Oğuz deyib.

Bildirib ki, ehtimallara görə,belə hadisələrMoskvada da təkrar oluna bilər: "Vaxtilə Moskvada azərbaycanlı iş adamı Telman İsmayılovun əlindən bazarı aldılar, yerində iri bir ticarət mərkəzi tikdilər. Rusiya yaxşı dərk edir ki, artıqAzərbaycanın müstəqil xarici siyasəti relsə düşüb. Moskva isə bundan narahatdır. Çünki, hazırdaMoskva hər tərəfdən sıxılır. Demək olar ki, RusiyaAfrikadan çıxarılıb, Liviya, Suriya əlindən alındı, Şərqə doğru sıxışdırılır ki, orada da bircə Şimali Koreya qalıb. Vyetnam kommunist ölkəsi olsa da belə Rusiya ilə əlaqələr qurmaqda maraqlı deyil. Ukrayna ilə müharibə davam edir ki, burada da itkiləri kifayət qədər çoxdur. Məlumata görə, müharibə başlayandan bu vaxta qədər Rusiya müharibəyə 14trilyondan artıq pul xərcləyib. Hansı ki, bu vəsaiti xalqın rifahı üçün də xərcləmək olardı. Cənubi Qafqazda Gürcüstan əlindən çıxıb, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının son iclasına qatılmadı. Lavrov bu addıma görə Ermənistanı hədələdi ki, hakimiyyətin mövqeyi erməni xalqının maraqlarına ziyan vuracaq və eyham vurdu ki, kilsə ilə münaqişənin kökündə Rusiya dayanır. Qırğızıstan Türk Dövlətləri Təşkilatına daxil oldu, deməli, Orta Asiyada bir Tacikistan qalıb. İqtisadi əlaqələrin yüksək səviyyədə olmasına baxmayaraq Çinin marağında odur ki, Rusiya zəifləsin. Baxmayaraq ki, Çin Rusiyadan ucuz neft, qaz alır, amma öz siyasətini yürüdür. Arxayın olduğu İran idi ki, o da darmadağın oldu, Rusiya heç qarışa da bilmədi. Fakt odur ki, Azərbaycanın Rusiyadan asılı olmayan bir strateji müttəfiqliyi var ki, bu da Pakistan-Türkiyə-Azərbaycandan ibarətdir. Bəzi mənbələrin məlumatına görə, bu ittifaqa Özbəkistan da qoşulmaq istəyir. Odur ki, Rusiya "yaralanmış ayı"ya dönüb. Rusiya bunun nəticələrini daxilə buraxmaq istəmədiyindən xarici siyasətdə dava aparmağı üstün tutur. Rusiyanın xarici siyasətinin kökündə isə təhdid, təzyiq, şantaj, şovinizm durur. Düşünür ki, kimlərin əli ilə Bakını alsın. Ancaq düşünmür ki, artıq o vaxtlar çoxdan keçib. Azərbaycan qüdrətli dövlətə çevrilib, müstəqil xarici siyasət yürüdür. Artıq Pakistanın Baş naziri, Türkiyəvəİranprezidentləri yenidən Xankəndinə gəlirlər. Bu o deməkdir ki, artıqAzərbaycanın xarici siyasəti müəyyənləşib. Bu siyasətdəAvropa da, Avropa İttifaqı da var. Hətta Makron Ermənistana deyir ki, sülh müqaviləsini tezləşdirin. Rusiyanın əlinin hər yerdən çıxdığı bir məqamda dünyanın Azərbaycana marağı artır. Belə halda Rusiya həzm edə bilmir ki, 200il nəzarətində olan bir ərazidə müstəqil siyasət yürüdülsün.Rusiya Liberal Demokrat PartiyasınınlideriVladimir Jirinovskinin bir sözü var idi ki, "gərək Ukrayna ilə müharibəni başlamazdıq. Çünki, türk gəlib Dərbəndəgirəcək". Əslində bir dəfə -1918-ci ildə Türk-İslam Ordusu Dərbəndə, Mahaçqalaya daxilolmuşdu".

YunusOğuz deyib ki, Rusiyada xalq acından ölür, Qoqolun "Müfəttiş" əsərində deyildiyi kimi məmurların hamısı rüşvətxor olub: "Rüşvət o həddə çatıb ki, ölkədə hər şey dağıdılıb. Kriminal aləm vətəndaşların normal həyatını pozub. Belə halları aradan qaldırmaq əvəzinə, Rusiya bizdən küsür ki, niyəAvropaya qaz satırsan? Hansı ki, biz olmasaq,Amerika Avropaya maye qaz satacaq. Artıq Liviya ilə Türkiyə razılığa gəlib ki, Aralıq dənizində müştərək olaraq neft yataqlarının axtarışına başlansın. Bunun reallaşdırılması üçün müqavilə bağlanılan kimi azərbaycanlı mütəxəssislər cəlb olunacaq. Deməli, Türkiyə üçün Liviyada, İraqda, Suriyada yaşıl işıq yandırılıb. Yeni dünya nizamında geosiyasətlər tamamilə yenilənir, yeni qüvvələr ortalığa çıxır. Yeni qüvvələrin içərisində Türkiyə, Pakistan, Azərbaycan var, Rusiya isə yoxdur. Rusiya beynəlxalq qanunları tanımır. Ona görə də BMT-nin tanıdığı Ukrayna ərazilərini ələ keçirib".

Y.Oğuz bildirib ki, Rusiyada azərbaycanlıların 70-80 faizi bizneslə məşğul olur: "Rusiya buna imkan verməyəcəksə, gəlib bizneslərini Qarabağda quracaqlar, yaxud bizneslərini Türkiyəyə, Almaniyaya, Tanzaniyaya daşıyacaqlar. Nəzərə almaq lazımdır ki, Rusiyada yaşayan azərbaycanlıların əksəriyyətinin ikili pasportu var. Bununla soydaşlarımızı qorxurmaq uğursuz taktikadır. Rusiya iki il əvvəl Qarabağda yaşayan ermənilərə göstəriş verdi ki, gedibİrəvanda ixtişaş yaradın, ancaq heç bir nəticəsi olmadı. Hansı ki, ermənilərin ən imkanlı adamları Qarabağda yaşayırdı, hamısının da bahalı xarici maşınları var idi. Qarabağda bir nəfər piyada gəzirdi, o da 200 baş qoyunla. O vaxt Rusiya İrəvanda çevriliş edə bilmədisə, deməli indi də heç nə edə bilməyəcək".

Politoloq qeyd edib ki, Avropanın əlinə imkan düşüb ki, Rusiyanın azərbaycanlılara qarşı qanunsuz hərəkətinə münasibət bildirsin: "Avropa İttifaqı artıq həyəcan təbili çaldı. Rusiya bilməlidir ki, gec-tez Orta Asiya da ondan üz döndərəcək. İran dərsini götürdü, İsraillə müharibədə Rusiyanın heç bir köməyi olmadı. Azərbaycan Rusiya vətəndaşlarının İrandan çıxmasına şərait yaratdı, yeməklə təmin etdi, üstündən bir gün keçməmiş soydaşlarımıza qarşı hücum təşkil edildi. Rusiyanın yaxşılığa qarşı adekvat cavabı bundan ibarətdir. Deyirlər Rusiyanın iki danışıq dili var-biri ordudur, o biri donanma. Mən isə buna üçüncüsünü-fəza, hibrid müharibələrini əlavə edərdim. Bu arada,Britaniyanın xarici işlər naziri Lämminin Türkiyəyəsəfərinitəsadüfühesabetməkolmaz. Rusiya bunu görür, ancaq əlindən bir şey gəlmir. Odur ki, balaca ölkələr üzərinə yerimək istəyir, lakin bu da alınmır". olaylar.az

Seçilən
25
50
sia.az

10Mənbələr