"Beşiktaş"ın yeni transfer Temmi Abraham bu gün İstanbulda olacaq.
Offsideplus.az xəbər verir ki, ingilis hücumçunun keçidi məcburi satınalma ilə birlikdə icarə əsasında baş tutacaq. "Qara qartal" onun üçün ümumilikdə "Roma"ya 15 milyon avro ödəyəcək.
Abraham ilinə 5 milyon avro qazanacaq.
27 yaşlı futbolçu başa çatan mövsümü icarə əsasında "Milan"da keçirib. O, burada 44 oyunda 10 qol vurmağı bacarıb.
Abraham bu yay "Beşiktaş"ın David Yuraşekdən sonra 2-ci transferi olacaq.