“Liverpul”un vingeri Luis Diaz karyerasını Almaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunu yay transferlər siyahısına daxil edən 28 yaşlı kolumbiyalı ilə “Bavariya” maraqlanır.
Ötən mövsüm Luis Diaz 50 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.