AZ

Avropada anomal istilər hökm sürür

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

İyunun 30-da Avropada isti dalğası başlayıb və temperaturun daha da yüksələcəyi proqnozlaşdırılır. İspaniya, Portuqaliya, İtaliya, Fransa, Almaniya və Böyük Britaniyada xəbərdarlıq edilib. İyulun 2-də istikik pik həddə çatacaq, bundan sonra yağışlar başlayacaq.

BMT-nin Baş katibi Antonio Quterres Sevilyada olarkən (+42°C) X sosial şəbəkəsində yazıb: “Həddindən artıq istilər artıq nadir hadisə deyil – bu, yeni normal hala çevrilib” və iqlim dəyişikliyinə qarşı tədbirlər görməyə çağırır. ÜST-in Avropa ofisinin direktoru Hans Kluge həssas qruplar üçün risklər barədə xəbərdarlıq edib.

İspaniya 1950-ci ildən bəri 29 iyun (+28°C) üçün rekord orta temperatur təyin edib. Portuqaliya yeddi rayonda +43°C-də qırmızı təhlükə elan edib. İyulun 1-də temperaturun +41°C-yə çatacağı gözlənilən Fransada mövsümün ilk böyük meşə yanğınları başlayıb və cənubda 400 hektar meşə sahəsi məhv olub. Parisdə şəhər sakinlərini sərinlətmək üçün su qurğuları hazırlanıb.

İtaliya 21 şəhərdə qırmızı həyəcan elan edib, ölkənin şimalında isə şiddətli yağışlar Bardonecchia bölgəsində daşqınlara səbəb olub, insanlar həyatını itirib. Türkiyədə meşə yanğınları səbəbindən 1500 sakin təxliyə edilib və İzmir hava limanı müvəqqəti bağlanıb. Böyük Britaniyada keçirilən Uimbldon turnirində havanın temperaturu +30°C-yə yaxınlaşıb ki, bu da yarışın başlaması üçün rekord sayıla bilər. Almaniyada zooparklar heyvanları buzla sərinlədir və hakimiyyət orqanları çaylardan suyun qəbulunu məhdudlaşdırıb.

P.ƏMİRCANOVXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
25
xalqqazeti.az

10Mənbələr