AZ

ISW: Rusiya bütün Ukrayna xalqını əsarət altına almağa çalışır

Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyasının Krım və işğal olunmuş dörd bölgədən savayı Ukraynada daha böyük ərazi ambisiyaları var.

Hafta.Az xəbər verir ki, bu barədə “RBC-Ukraine” ISW (Müharibələrin Tədqiqi İnstitutu) agentliyinə istinadla məlumat yayıb.

ISW analitikləri hesab edirlər ki, Rusiya Prezidenti Vladimir Putin və onun ətrafı təcavüzə haqq qazandırmaq üçün “Donbass”, “Novorossiya” və “vahid bir xalq” haqqında nağıllardan istifadə edirlər. Bu, Rusiyanın Ukraynada daha böyük ərazi ambisiyalarının olduğunu göstərir.

ISW qeyd edib ki, Putin bu yaxınlarda Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin sosial-iqtisadi inkişafı ilə bağlı müşavirə keçirib və həmin iclasda Ukraynanı tez-tez “Donbas və Novorossiya” adlandırıb. “Kremlin sözçüsü Dmitri Peskov iyunun 30-da Odessa meri Gennadi Truxanovun Odessanın “Rusiya” şəhəri olmadığı və öz tarixinin olması ilə bağlı bəyanatına cavab verib. O, Odessanın tarixinin Rusiya ilə “qırılmaz şəkildə bağlı” olduğunu iddia edib”, - deyə məqalədə vurğulanır.

Müəlliflər xatırladırlar ki, Putinin köməkçisi Vladimir Medinski ukraynalıların və rusların tarixi vətənə malik olan “vahid xalq” olduğunu bildirib və bu zaman “Dnepr, Novorossiya və Krımın hər iki tərəfində qədim rus torpaqlarının” mövcudluğuna istinad edib.

ISW qeyd edib: “Putin, Peskov və Medinskinin iyunun 30-da verdikləri sonuncu bəyanatlar yüksəksəviyyəli Kreml rəsmilərinin Rusiyanın ərazi ambisiyalarının miqyasına işarə edir. Putin iyunun 20-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya və Ukrayna xalqlarını "reallıqda bir xalq" hesab etdiyini bir daha təkrarladı”.

Analitiklər vurğulayırlar ki, Kremlin digər rəsmiləri də Ukraynanı Rusiyadan ayrı, öz tarixi, kimliyi və mədəniyyətinə malik müstəqil dövlət hesab etmədiklərini ardıcıl olaraq bəyan ediblər.

ISW təhlilin yekununda yazıb: “Rusiya rəsmilərinin bu rəvayətlərə davamlı sadiqliyi Kremlin Ukrayna dövlətini məhv etmək və bütün ukraynalıları əsarət altına almaq kimi ardıcıl məqsədini nümayiş etdirir”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl Rusiyanın Odessanı ələ keçirməyi planlaşdırdığı barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, Moskva bununla da Moldova və Rumıniya sərhədinə çıxmaq niyyətindədir. /AZƏRTAC/

Seçilən
8
4
hafta.az

10Mənbələr