AZ

Bakı küçəsində yol çökdü, qurumlar hərəkət keçdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Sumqayıt şəhərində yenidən yol çökməsi qeydə alınıb. 

Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Bakı küçəsinin 8-ci mikrorayondan keçən hissəsində baş verib. Çökən yol sürücülər üçün ciddi təhlükə yaradıb.

Görüntülərdən aydın olur ki, yol səthində böyük ölçülü çökmə yaranıb və həmin hissədə asfalt örtüyü tamamilə dağılmış vəziyyətdədir. Sakinlərin sözlərinə görə, bu ərazidə tez-tez oxşar problemlər baş verir, lakin məsələyə yetərincə ciddi yanaşılmır. Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin problemin köklü şəkildə həll olunmadığını bildiriblər.

Hadisə ilə əlaqədar əraziyə təmir işləri üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin, eləcə də kommunal xidmət müəssisələrinin əməkdaşları cəlb olunub və yoldakı vəziyyət qismən də olsa düzəldilib.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
50
avtosfer.az

10Mənbələr