İran Prezidenti Məsud Pezeşkian Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.
Xezerxeber.az-ın məlumata görə, bunu Ağdamda jurnalistlərə açıqlamasında İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan bildirib.
Qeyd edək ki, bu il iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub.
Prezident İlham Əliyev bu günlərdə iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycanda keçiriləcək ECO Sammitinə dəvət edib.