AZ

İran rəsmisi: “Azərbaycan bizi əmin edib, bu kifayət edir”

12 günlük müharibədən sonra İran tərəfi Azərbaycanı bir sıra məsələlərdə əsasız olaraq ittiham etməyə başlamışdı.

Tribunainfo.az xəbər verir ki, hətta İran prezidenti Məsud Pezeşkian belə bu mövzunu Azərbaycanın dövlət başçısı ilə müzakirə etmişdi.

Söhbət guya, İsrail PUA-larının Azərbaycan ərazisindən qalxaraq, İran şəhərlərini bombalamasından gedir. Bu mövzu ilə bağlı SEPAH-a bağlı media çeşidli uydurmalar yaysa da, rəsmi Bakı təmkinlə ittihamları rədd edərək, belə bir şeyin mümkün olmadığını bəyan etmişdi.

Dünən İran XİN-in mətbuat katibi İsmayıl Baqeri bu mövzuya toxuanaraq deyib ki, rəsmi Bakı ilə bu mövzuda müzakirələrimiz yekunlaşıb. “Azərbaycan tərəfi bizi öz ərazisində İsrail dornlarının qalxması məsələsində bizi əmin edib. Azərbaycan bunun mümkün olmadığını bildirib. Bu bizim üçün kifayət edir”.

Fərda Uğur

Seçilən
19
50
tribunainfo.az

10Mənbələr