Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı işğalın əvvəlindən Putinin qanlı siyasətini pisləyən, həyat yoldaşı primadonna Alla Puqaçova və uşaqları ilə birlikdə Rusiya Federasiyasını tərk edən məşhur komediya aktyoru Maksim Qalkin Ukrayna dilində danışmağa başlayıb.
Bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilib ki, Qalkin hazırda İtaliyada tətildədir. Ötən gün o, Vatikanda İnstaqram səhifəsində Dəmiryol Vağzalındakı yük tərəzisində öz çəkisini yoxlamaq qərarına gəlib. O sosial şəbəkə hesabında bununla bağlı bir video yerləşdirib.
"İndi baxarıq" deyə Maksim ukraynaca danışıb.
Yeri gəlmişkən, sənətçinin çəkisi 90 kiloqram olub. O, bu nəticəyə yumorla cavab verib:
"90? Bu, çox çətin bir xarakterə malikdir."
Tural