Son illərdə ölkədə məktəbəqədər təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. Bu sahənin prioritet istiqamətlərdən biri kimi müəyyən edilməsi nəticəsində bölgələrdə yeni uşaq bağçalarının inşası və mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi diqqət mərkəzində saxlanılır.
Bu istiqamətdə regionlarda aparılan sistemli tədbirlər nəticəsində məktəbəqədər təhsil müəssisələrinin sayı ildən-ilə artır.
Bəs görəsən, Dağlıq Şirvan Regional Təhsil idarəsinin tabeliyində neçə bağça fəaliyyət göstərir?
Mövzu ilə bağlı AzEdu.az-ın sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarədən bildirilib ki, hazırda bölgədə ümumilikdə 49 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir:
“Belə ki, Şamaxı rayonu üzrə 22 ,İsmayıllda 11, Ağsuda 9 və Qobustan üzrə isə 7 bağça fəaliyyət göstərir deyə”,- qeyd olunub.