AZ

Oqtay Qasımov: "Rusiyanın bu prosesdən kənarda qalması onu qəzəbləndirir"

Yazını böyüt
Yazını kiçilt

"Rusiyanın Azərbaycana təsir vasitələrinin ciddi nəticəsi olmayacaq. Çünki Azərbaycan müstəqil  dövlət siyasətini həyata keçirir. Rusiyanın bu təzyiqlərinə də müqavimət potensialı yüksəkdir".

 Bunu Hafta.az-a politoloq Oqtay Qasımov deyib.

O.Qasımov hesab edir ki,  Rusiyada baş verənlər təsadüfi deyil. Onun fikrincə, Ukrayna  savaşı başlayandan sonra proqnoz edildiyi kimi Rusiya   diqqəti postsovet ölkələrinə yönəltdi. İlk hədəfə aldığı isə Azərbaycan oldu.   Çünki Azərbaycan keçmiş postsovet məkanında öz suverenliyini təmin etmiş ölkədir və yerləşdiyi regionda yeni reallıqlar yaradıb, Güney  Qafqazda əsas aktorlardan birinə çevrilib.

"Rusiyanı qıcıqlandıran əsas məsələlərdən biri odur ki, Azərbaycan özünün müdafiə və təhlükəsizlik sistemini müasir beynəlxalq standartlara uyğun qurub və keçmiş sovet, Rusiya sistemindən uzaqlaşıb. Bu da Rusiyanı məmnun etməyən məqamlardan biri idi. Digər məsələ ondan ibarətdir ki, Rusiya digər postspovet ölkələrində nüfuzunu itirib və onu bərpa etmək üçün ciddi həmlələr etməkdədir. Azərbaycan-Ermənistan münasibətlərində vəziyyətin normallaşdırılmasında Rusiyanın iştirakı minimuma enib. Rusiyanın bu prosesdən kənarda qalması onu qəzəbləndirən amillərdən biridir. Ona görə də Rusiya son vaxtlar regionda vəziyyəti qarışdırmaqla Azərbaycana təsir etməyə çalışır. Azərbaycanı daxildən sarsıtmaq potensialı az olduğuna görə digər vasitələrə əl atır. Bu, həm Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulması, Azərbaycan media qurumlarına kiber hücumların təşkil edilməsi, Milli Məclisin üzvü Azər Badamovun Rusiyaya getməsinə qoyulan əngəl Azərbaycana qarşı edilən təzyiqlər idi. Hazırda Yekaterenburqda və  digər  rayonlarda analoji hadisələrin yaşanması onu göstərir ki, bu, Rusiya dövlət qurumları tərəfindən idarə olunan prosesdir"- politoloq deyib

O.Qasımov hesab edir ki,  faktiki olaraq son bir əsr yarımda bu cür hadisələr qeydə alınmaqdadır və   mənbəyində Rusiya cəmiyyətində olan islamafob, şovinist, militarist düşüncəyə dayanan, qeyri-rus millətərə xor baxan anlayış dayanır.  Cəmiyyətin bu düşüncəsi də Rusiyanın dövlət siyasətinə çevrilib.

Seçilən
7
50
hafta.az

7Mənbələr