AZ

Azərbaycanın cavabı qətiyyətli və haqlıdır Politoloq

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Azərbaycan artıq uzun müddətdir ki, Rusiya informasiya maşınının bizim ölkədəki filialı olan “Sputnik Azərbaycan” vasitəsilə ictimai rəyə təsir göstərmək cəhdlərini müşahidə edirdi. 2025-ci ilin fevralında bu qurumun akkreditasiyası dayandırılsa da, görünür, “Rossiya Seqodnya” qanunsuz maliyyə şəbəkəsi ilə fəaliyyətini davam etdirib. Bu isə artıq sadəcə informasiya müharibəsi deyil, suverenliyin pozulması cəhdidir”.Bunu Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.O deyib ki, DİN-in bu məsələyə reaksiya verməsi, əməliyyat-axtarış tədbirləri keçirməsi və rəhbər şəxslərin saxlanılması Azərbaycanın informasiya müstəqilliyini qorumaq niyyətinin göstəricisidir:“Qanunsuz fəaliyyət, maliyyə maxinasiyaları və xarici təbliğatın törəmə aləti olmaq heç bir halda dözümlə qarşılanmamalıdır. “Sputnik Azərbaycan” artıq fəaliyyət göstərə bilməz və göstərməməlidir də. Bu yalnız hüquqi deyil, strateji məsələdir. Azərbaycanın öz informasiya suverenliyini qoruması, daxildə və regionda təsir dairəsini saxlamaq üçün bu cür platformalara qarşı sərt və prinsipial mövqe tutması vacib idi və atılan addım bu baxımdan təqdirəlayiqdir. Bu hadisə göstərdi ki, suverenlik təkcə ərazi yox, həm də informasiya məsələsidir. Azərbaycanın cavabı qətiyyətli və haqlıdır”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
33
demokrat.az

10Mənbələr